AZ

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 3 milyard 883 milyon 56 min ABŞ dolları təşkil edib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə MDB  ölkələrinə ixracın həcmi 858 milyon 153 min ABŞ dolları olub ki, bu da ümumi ixracın 6,66%-ni təşkil edir.

Müqayisə üçün ötən ilin eyni dövründə bu göstərici 799 milyon 669 min ABŞ dolları (ümumi ixracın 6,20%-i) idi. Beləliklə, illik müqayisədə MDB ölkələrinə ixrac 58 milyon 484 min ABŞ dolları artıb.  

İdxala gəlincə, cari ilin yanvar-iyun aylarında MDB ölkələrindən idxalın həcmi 3 milyard 24 milyon 903 min ABŞ dolları olub. Bu, ümumi idxalın 26,25%-nə bərabərdir. Ötən ilin eyni dövründə isə bu göstərici 2 milyard 299 milyon 889 min ABŞ dolları (ümumi idxalın 25,94%-i) olub. İllik idxal dəyərində MDB ölkələri üzrə 725 milyon 14 min ABŞ dolları həcmində artım qeydə alınıb.

Mayya Hüseynova 

Seçilən
62
1
valyuta.az

2Mənbələr