"Neftçi" bu gün Polşadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirəcək.
"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi “Hapoel”lə (İsrail, Təl-Əviv) qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
Xatırladaq ki, “Neftçi” iyulun 22-də Polşa “Termalika”sı, 27-də Yunanıstan “Asteras”ı və 1 avqustda CənubiKipr AEL-i ilə qarşılaşacaq.