“Neftçi” iyulun 17-də Polşa təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” burada “Hapoel Təl-Əviv” ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.
Rəqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək. Matç “Neftçi TV” ilə canlı yayımlanacaq.
“Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.