“Qəbələ”də forma geyinmiş Lukas Afrikonun yeni klubu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Türkiyədə “Vansspor”a keçib.
Bu barədə I Lqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Afriko ilə 1 illik müqavilə imzalanıb.
Braziliyalı legioner 2023/2024 mövsümündə “Qəbələ”də oynayıb.