Xəbər verdiyimiz kimi, İraqın Vasit əyalətinin Kut şəhərində 5 gün əvvəl açılan hipermarketdə güclü yanğın baş verib və nəticədə 63 nəfər həlak olub. Ölən şəxslər arasında uşaqlar da var.
“Qafqazinfo”nun “The New York Times”a istinadən məlumatına görə, hipermarketin yanğından sonrakı görüntüləri yayılıb.
Qeyd edək ki, hadisə nəticəsində azı 40 nəfər yaralanıb.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb, nəticələri 48 saat ərzində açıqlanacaq.
Sözügedən görüntüləri təqdim edirik: