Ukrayna Ali Radası Yuliya Sviridenkonun yeni Baş nazir təyin olunmasını təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Radanın iclasında ölkə Prezidenti Volodimir Zelenski də iştirak edib.
Qeyd edək ki, 39 yaşlı Yuliya Sviridenko buna qədər Baş nazirin birinci müavini idi.