EN

Qəfil manevr edən sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

Cari ilin sentyabrın 30-dan oktyabrın 2-nə qədər Qazaxıstanın Astana şəhərində “28-ci Qazaxıstan Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi” (TransLogistica Kazakhstan 2025) keçiriləcək.

Avtosfer.az xəbər verir ki, Atakənd kompleksində keçiriləcək sərgidə Azərbaycan və digər MDB ölkələri, eləcə də, Mərkəzi Asiya respublikaları ilə yanaşı, İran, İtaliya, Polşa, Finlandiya, Çin, Estoniya, Türkiyə, Rusiya şirkətləri və dövlət nümayəndələri təmsil olunacaq.

Sərgidə yükdaşıma, nəqliyyat, liman, terminal xidmətləri təklif olunacaq, avtomobil, vaqon və hava nəqliyyatı istehsalçıları öz məhsullarını nümayiş eydirəcəklər.

Sərgi ilə paralel olaraq “New Sılk Way” biznes-forumu, “Xəzər dənizində gəmiçiliyin, terminalların və limanların inkişafı”, “Nəqliyyat və logistika bazarı” mövzularında konfranslar keçiriləcək. Bunlarla yanaşı, işgüzar sessiyalar, panel müzakirələri və görüşlərin də keçirilməsi nəzərdə tutulub.

Chosen
25
avtosfer.az

1Sources