EN

Deputat: Bakı və Aşqabad regiona yeni model təqdim edir!

Berdiməhəmmədovun səfəri təkcə qardaşlıq deyil, regional təhlükəsizlik baxımından da həlledicidir

  İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.
İşğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha dərinləşməsi istiqamətində yeni mərhələ hesab oluna bilər:

"Möhtərəm Prezidentin ifadə etdiyi kimi, "Azərbaycan və Türkmənistan xalqlarını dərin qardaşlıq əlaqələri birləşdirir. Heç şübhəsiz ki bu səfəri ilk növbədə Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töfhəsini verəcək. Müstəqilliyin ilk dövrlərində Azərbaycan və Türkmənistan arasında münasibətlər mürəkkəb bir dövr keçib. Həmçinin yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Bakı və Aşqabad arasında əlaqələrdə dönüş müşahidə olunub. 2021-ci ilin yanvarın 21-də Aşqabad şəhərində Azərbaycan Respublikası höküməti ilə Türkmənistan höküməti arasında Xəzər dənizində "Dostluq" yatağını karbohidrogen resurslarını birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə isə ölkələrimiz arasında mübahisə doğuran heç bir məsələ qalmadı. Əksinə əvvəllər müəyyən gərginliyə səbəb olan problemlər əlaqələrin inkişafında stimul verici amilə çevrilib. Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində görünən mənzərə ondan ibarətdir ki, Azərbaycan-Türkmənistan arasında hazırda siyasi, iqtisadi, hümanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində çoxsaylı nəaliyyətlər var və ölkələrimiz arasında eyni kök, eyni dil və tarixi əlaqələr cari səfərin münasibətlərimə yeni təkan verməsi üçün əsas yaradır. Regionda vəziyyətin kifayət qədər gərgin olduğu və ayrıcı xətlərin dərinləşdiyi bir zamanda Azərbaycan-Türkmənistan münasibətlərinə yalnız iki ölkə arasında əlaqələr məzmununda baxmaq doğru olmaz".

Deputatın sözlərinə görə, Bakı və Aşqabad ümumbəşəri dəyərlərə sadiq qalaraq və beynəlxalq hüququn tanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutaraq əlaqələri dərinləşdirməklə həm regionun, xüsusən transxəzər coğrafiyasının təhlükəsizlik konfiqurasiyasına köklü müsbət təsir göstərə biləcək amilə çevrilə bilər:

"Habelə Azərbaycan Respublikası Türkmənistanın karbohidrogen ehtiyatlarının nəqli üçün etibarlı tərəfdaşa çevrilməklə bu ölkənin enerji təhlükəsizliyində, dolayısıyla milli təhlükəsizliyində əhəmiyyətli rol ala bilər. Cənab Berdiməhəmmədovun Bakıdakı müzakirələrdə ifadə etdiyi mövqedəndə göründüyü kimi Türkmənistan belə bir reallığın inkişafında marağlıdır. O cümlədən Azərbaycan Respublikasıda möhtərəm Prezidentin özünün andiçmə mərasimində bəyan etdiyi kimi türk dünyası ilə münasibətlərə bu çərçivədə Türkmənistanla əlaqələrə öz çoxvektorlu xarici siyasət kursunun prioritet istiqamətlərindən biri kimi baxır".
Chosen
47
sherg.az

1Sources