EN

Tramp “Coca-Cola”nın tərkibini dəyişdirir

[center][/center]

“Coca-Cola”nın tərkibi dəyişdirilə bilər.

ABŞ prezidenti Donald Tramp bu barədə şirkətlə razılığa gəlib.

“Mən “Coca-Cola”da qamış şəkərindən istifadə haqqında şirkətlə danışdım və onlar buna razılıq verdilər. Oradakı səlahiyyətli şəxslərin hamısına təşəkkür etmək istərdim”, - deyə Tramp sosial şəbəkə hesabında bildirib.

“The Coca-Cola Company”nin sözçüsü isə dəyişikliyi təsdiqləməyib. Lakin CNN-ə verdiyi açıqlamada bildirib ki, Trampın brendə olan həvəsini yüksək qiymətləndirirlər: “Məhsul çeşidimizdəki yeni innovativ təkliflər haqqında ətraflı məlumat tezliklə paylaşılacaq”.

Qeyd edilir ki, hazırda sözügedən qazlı içkidə qarğıdalı siropundan istifadə olunur.

Chosen
35
6
yenisoz.az

7Sources