EN

Pomidor ixracından gəlir artıb - 6 AYDA 149 MİLYON DOLLAR QAZANC

2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan 149 milyon 26 min dollar dəyərində 134 min 376 ton pomidor ixrac olunub. 

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycandan 136 milyon 949 min dollar dəyərində 114 min 246 ton pomidor ixrac edilmişdi. 

Beləliklə, bu ilin 6 ayında Azərbaycandan pomdor ixracı 12 milyon 77 min dollar və ya 8,8%, miqdar ifadəsilə 20 min 129 ton və ya 17,6% artıb. 

pomdor ixracı
Chosen
86
50
marja.az

10Sources