EN

“Arsenal” Rodriqonun transferindən imtina edib

"Arsenal" yay transfer pəncərəsində Madrid "Real"ının hücumçusu Rodriqonu heyətinə qatmaq fikrindən vaz keçib.

90deqiqe.Az-ın "Transfer News Live"ə istinadən yaydığı xəbərə görə London klubu 24 yaşlı futbolçunun transferini gündəlikdən çıxarıb və danışıqları davam etdirməyəcək.

Xatırladaq ki, braziliyalının adı bir müddət əvvəl digər Premyer Liqa təmsilçisi “Liverpul”la da hallanırdı. Oyun praktikası baxımından çətin mövsüm keçirən vinger, Xabi Alonsonun rəhbərliyi altında əsas heyətdə sabit yer tuta bilmirdi.

“Transfermarkt” portalının məlumatına görə, Rodriqonun bazar dəyəri hazırda 90 milyon avro olaraq göstərilir.

Chosen
109
17
90deqiqe.az

10Sources