AZ

"İngiltərəyə qayıtmaqdan imtina etdim"

"Fiorentina"nın qapıçısı David de Xea yay transfer dönəmində İngiltərə Premyer Liqasına qayıtmaq şansı olduğunu açıqlayıb.

90deqiqe.Az-ın "Cronache di Spogliatoio"ya istinadən yaydığı xəbərə görə, 34 yaşlı qolkiper bu təklifi geri çevirib.

“Bu yay İngiltərəyə qayıtmaq üçün təkliflər aldım. Amma mən ‘Mançester Yunayted’dən başqa heç bir İngiltərə klubunda oynaya bilmərəm. Florensiyada xoşbəxtəm. Ailəmə də dedim ki, burada qalmaq istəyirəm”– deyə, ispaniyalı oyunçu bildirib.

Təcrübəli qapıçı ötən yay “Fiorentina”ya azad agent kimi qoşulub. Cari mövsüm o, A seriyası təmsilçisinin heyətində 42 matçda meydana çıxıb və 50 qol buraxıb.

De Xea 2011–2023-cü illər aralığında “Mançester Yunayted”in əsas qapıçısı olub. İngiltərə klubundan ayrıldıqdan sonra bir mövsüm klubsuz qalıb.

Seçilən
1
17
90deqiqe.az

10Mənbələr