EN

Donald Tramp yeni xəstəliyə düçar oldu

ABŞ prezidenti Donald Trampda tibbi müayinədən sonra xroniki venoz çatışmazlıq aşkarlanıb.

Publika.az "Fox News" istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt məlumat verib.

“Prezident hərtərəfli müayinədən keçib, o cümlədən damarların diaqnostikası və aşağı ətrafların damarlarının ikitərəfli Doppler ultrasəs müayinəsi aparılıb”, - mətbuat katibi bildirib.

Levitt əlavə edib ki, aparılan diaqnostika nəticəsində xroniki venoz çatışmazlıq aşkarlanıb. Bu xəstəlik xoşxassəlidir və geniş yayılıb, xüsusilə 70 yaşdan yuxarı şəxslər arasında.

Ağ Evin mətbuat katibi qeyd edib ki, son həftələrdə Amerika liderinin ayaqlarının aşağı hissəsində şişkinlik müşahidə olunub. Bundan əlavə, ABŞ prezidentinin son fotolarında əlinin üst tərəfində “kiçik göyərmələr” görünürmüş — Levitt bunu tez-tez əl sıxma və aspirin qəbulunun yumşaq toxumalarda qıcıqlanmaya səbəb olması ilə izah edib.

Chosen
82
publika.az

1Sources