EN

Slovakiya Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləməyə razıdır

Slovakiya Rusiyaya qarşı 18-ci Avropa sanksiya paketinin iyulun 18-də qəbul edilməsinə mane olmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə baş nazir Robert Fiko "Facebook" sosial şəbəkəsində videomüraciətində bildirib.

Slovakiyanın baş naziri “Avropa İttifaqındakı nümayəndələrimizə Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin yolunu açmağı tapşırıram” deyib.

Fiko qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyaların qarşısının alınmasının davam etdirilməsi enerji resursları üzrə Avropa Komissiyası ilə danışıqlar kontekstində əks-məhsuldar olacaq.

Fiko daha əvvəl bildirmişdi ki, Avropa Komissiyası Slovakiyaya Aİ rəhbərliyinin Rusiya qazının tədarükünü tamamilə rədd etmək planları ilə bağlı müəyyən zəmanətlər verib.

Chosen
44
50
operativmm.az

10Sources