Slovakiya Rusiyaya qarşı 18-ci Avropa sanksiya paketinin iyulun 18-də qəbul edilməsinə mane olmayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə baş nazir Robert Fiko "Facebook" sosial şəbəkəsində videomüraciətində bildirib.
Slovakiyanın baş naziri “Avropa İttifaqındakı nümayəndələrimizə Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin yolunu açmağı tapşırıram” deyib.
Fiko qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyaların qarşısının alınmasının davam etdirilməsi enerji resursları üzrə Avropa Komissiyası ilə danışıqlar kontekstində əks-məhsuldar olacaq.
Fiko daha əvvəl bildirmişdi ki, Avropa Komissiyası Slovakiyaya Aİ rəhbərliyinin Rusiya qazının tədarükünü tamamilə rədd etmək planları ilə bağlı müəyyən zəmanətlər verib.