Slovakiya Rusiyaya qarşı Avropa sanksiyalarının 18-ci paketinin iyulun 18-də qəbul edilməsinə mane olmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə respublikanın baş naziri Robert Fitso "Facebook" sosial şəbəkəsində dərc olunmuş videomüraciətində bildirib
"Mən Avropa İttifaqındakı nümayəndələrimizə 18-ci sanksiyalar paketi yolundakı maneələri aradan götürməyi tapşırıram", - Slovakiyanın baş naziri deyib.
Fitso qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyaların qarşısının alınmasının davam etdirilməsi enerji resursları üzrə Avropa Komissiyası ilə danışıqlar kontekstində qeyri-məhsuldar olacaq.