Donald Tramp Coca-Cola-nın tərkibindəki qarğıdalı şərbətinin qamış şəkəri ilə əvəz olunmasını təklif edib.
“Belə daha yaxşı olacaq, inanın mənə!” — deyə o, Truth Social-da yazıb.
Make America Healthy Again (Amerikanı Yenidən Sağlam Et) təşəbbüsü ilə Tramp həm Amerika mətbəxinə, həm də demokratlara səs verən Ortabatı fermerlərinə hücum çəkib.
Səhiyyə naziri Robert Kennedi Jr. bu ideyanı dəstəkləyib.
Qarğıdalı istehsalçıları isə bunun “kənd təsərrüfatına zərbə” və “şəkər apokalipsisi” olduğunu bildirib.
ABŞ sosial şəbəkələrində istifadəçilər zarafatla yazırlar ki, “bu gün Coca-Cola-nın tərkibini dəyişir, sabah isə növbə Konstitusiyaya çata bilər”.
N.Təbrizli