EN

İsrail Suriyanı vurur, druzlər isə bədəvi ərəbləri qovur - Səhərə yaxın toparlanan ərəblər əks hücuma keçiblər

İsrail qırıcılarının bombaladığı Suriya rejiminə bağlı qüvvələr druzların yaşadığı Sveyda bölgəsində ağır zərbələr alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, havadan İsrail tərəfindən dəstəklənən druzi silahlıları Sveyda şəhəri və ətrafındakı bədəvi ərəblərə və hökumət qüvvələrinə qarşı hücuma keçiblər.

Məlumata görə, Suriya hökumətinin təşəbbüsləri ilə əldə edilən atəşkəsə baxmayaraq, druzlar ötən gecə saatlarında bədəvi qəbilələrə qarşı hücumla çoxlu sayda ərəbi öldürüb, xeyli yaralananların olduğu bildirilir: "İsrailin tam gücü ilə dəstəklənən druzilərin amansız hücumundan qorxuya düşən çoxlu sayda ərəb ailələri evlərini tərk etməyə başlayıblar".

Məlumata görə, səhərə yaxın toparlanan silahlı bədəvi ərəb qrupları Sveydanın qərbindəki bəzi kəndləri yenidən geri alı: "Toqquşmada yer almayan və atəşkəsdən sonra Sveydadan çıxarılan Suriya təhlükəsizlik qüvvələri isə bəzi bölgələrdə nəzarət-buraxılış məntəqələri quraraq döyüşləri səngitməyə çalışsa da, bu, mümkünsüz hala gəlib. İsrail isə səhərə yaxın yenidən ərəbləri bombalayıb..."

Tahir Şəlvəli
MİA.AZ

Chosen
35
1
mia.az

2Sources