EN

"Zirə"nin dənizdə batan futbolçusunun meyiti tapıldı

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir kilometr aralı, nəzarətsiz ərazidə) batan bir nəfərin (uşaq) axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, tapılan meyit "Zirə" futbol akademiyasının üzvü Fərid Şahverdiyevə məxsusdur.
Qeyd edək ki, o, U-16 komandasının üzvü olub
Chosen
26
2
onn.az

3Sources