AZ

“Zirə”nin dənizdə batan futbolçusunun MEYİTİ TAPILDI

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir kilometr aralı, nəzarətsiz ərazidə) batan bir nəfərin (uşaq) axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

NOCOMMENT.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, tapılan meyit “Zirə” futbol akademiyasının üzvü Fərid Şahverdiyevə məxsusdur.

Qeyd edək ki, o, U-16 komandasının üzvü olub.

17 iyul, 23:48

“Zirə” futbol akademiyasının üzvü Fərid Şahverdiyev faciəli şəkildə ölüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, U-16 komandasının futbolçusu bu gün çimərlikdə boğularaq həyatını itirib.\\Oxu.az

Seçilən
15
2
nocomment.az

3Mənbələr