EN

Şüvəlanda bir nəfər dənizdə batıb

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə bir nəfər batıb.

İnterpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-dən bildirilib ki, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazidə qeydə alınıb.

Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Chosen
33
32
interpress.az

10Sources