Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumçata görə, iyulun 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 4 tüfəng, 4 ədəd patron və 1 alışdırıcı aşkar edərək götürüblər.
P.ƏMİRCANOV
XQ