EN

Suriya təhlükəsizlik qüvvələri Əs-Suveydaya QAYIDIR

Suriyanın təhlükəsizlik qüvvələri druzlarla bədəvilər arasında toqquşmaları dayandırmaq üçün yenidən Əs-Suveydaya yerləşdiriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Suriya Daxili İşlər Nazirliyi təhlükəsizlik qüvvələrinin druzlarla bədəvilər arasında toqquşmaları dayandırmaq üçün yenidən Əs-Suveydaya yerləşdirilməyə hazırlaşdığını bildirib.

Qeyd olunur ki, bu qərar İsrailin Suriya hökumətinə əraziyə daxil olmamaq barədə xəbərdarlıq etməsinə baxmayaraq verilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
14
interpress.az

1Sources