EN

Fondun sədri: Artıq istənilən şəxs onlayn formada təhsilə dəstək məqsədilə ianə verə bilər

Təhsilin İnkişafı Fondu (TİF) www.tif.edu.az saytında “İanə et” bölməsi aktivləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov TəhsilPlus kartının təqdimat mərasimində deyib.

Elnur Nəsibov qeyd edib ki, artıq istənilən şəxs onlayn formada təhsilə dəstək məqsədilə ianə verə bilər:

“İanələr Təhsilin İnkişafı Fonduna,, “Gənc qızların təhsilinə dəstək” layihəsinə və Qarabağ Təqaüd Proqramına toplanacaq. Həm fiziki, həm də hüquqi şəxslər onlayn platforma vasitəsilə ianə edə bilər. Donorlar ianənin məbləğini və istiqamətini seçərək TİF-ə dəstək göstərə bilərlər. Eyni zamanda ianə verənlərə xüsusi “İanə Sertifikatı” təqdim olunacaq”.

Chosen
10
2
report.az

3Sources