AZ

Təhsilin İnkişafı Fondunun saytında “İanə et” bölməsi aktivləşdirilib

Bakı, 18 iyul, AZƏRTAC

Təhsilin İnkişafı Fondunun saytında “İanə et” bölməsi aktivləşdirilib.

AZƏRTAC xəbər verir ki, bunu Fondun sədri Elnur Nəsibov Kapital Bank və “Mastercard”ın birgə təşəbbüsü ilə reallaşdırılan “TəhsilPlus” kartının təqdimat mərasimində deyib.

Elnur Nəsibov qeyd edib ki, artıq istənilən şəxs onlayn formada təhsilə dəstək məqsədilə ianə edə bilər: “İanələr Təhsilin İnkişafı Fonduna, “Gənc qızların təhsilinə dəstək” layihəsinə və Qarabağ Təqaüd Proqramına toplanacaq.

Həm fiziki, həm də hüquqi şəxslər onlayn platforma vasitəsilə ianə edə bilərlər. Donorlar ianənin məbləğini və istiqamətini seçərək Təhsilin İnkişafı Fonduna dəstək göstərə bilərlər. İanə edənlərə xüsusi “İanə sertifikatı” təqdim olunacaq”.

 

Seçilən
6
2
azertag.az

3Mənbələr