Azərbaycan Xarici İşlər Nazirliyi Suriya - İsrail qarşıdurmasına reaksiya verib.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı XİN-in mətbuat katibi Ayxan Hacızadə yerli medianın suallarını cavablandırıb.
O bildirib ki, rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir:
"Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir".