EN

ARDNF İtaliya şirkətindən 49% pay alacaq

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İtaliyada günəş enerjisi layihələrinə sərmayə yatırır – Enfinity ilə tərəfdaşlıq çərçivəsində 49 %-lik pay alır. Artıq ABŞ-ın "Enfinity Global Inc." şirkətinin İtaliyadakı günəş enerjisi aktivlərində pay əldə etmək barədə razılıq əldə edib.

Valyuta.az xəbər verir ki, sövdələşməyə əsasən, ARDNF "Enfinity"yə məxsus ümumilikdə 402 meqavat gücündə olan portfelin 49 %-ni alacaq. Bu portfelə İtaliyanın Latsio və Emiliya-Romanya bölgələrində yerləşən 14 günəş elektrik stansiyası daxildir. Layihələrin bir hissəsi artıq istismardadır, digərləri isə inşa mərhələsindədir. Layihələr uzunmüddətli enerji alqı-satqı müqavilələri ilə təmin olunub. Nəzarət payı isə “Enfinity” şirkətində qalacaq.

"Bu investisiya İtaliyada yeni layihələrin inkişafını maliyyələşdirməyə imkan verəcək. Bərpa olunan enerji bazarında hələ də böyük inkişaf potensialı var", – “Enfinity”nin baş direktoru Karlos Domeneç qeyd edib.

ARDNF-ın icraçı direktoru İsrafil Məmmədov isə bildirib ki, bu, Fondun İtaliyada və daha geniş Avropada bərpa olunan enerji sahəsində mövcudluğunu genişləndirmək üçün atdığı ilk addımdır.

Hazırda ARDNF-ın ümumi investisiya portfeli 60 milyard ABŞ dollarına yaxındır və infrastruktur, daşınmaz əmlak, səhmlər və digər aktivləri əhatə edir.

Chosen
52
37
valyuta.az

10Sources