AZ

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Bakı. Trend:

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalıABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londondakeçirilən “Award of Excellence” mükafatının təqdimatı tədbirindəelan edilib. ABB mükafata rəqəmsal kanallardan istifadə edənmüştərilərin sayının artımı, rəqəmsal bankçılıq təcrübəsinigücləndirən uğurlu inkişaf strategiyası, rəqəmsal məhsul vəxidmətlərdən istifadəni asanlaşdıran həllərin tətbiqi, açıqbankçılıq ekosistemlərinə inteqrasiya və fintek əməkdaşlıqları kimimeyarlara görə layiq görülüb. Mükafatlandırma zamanı ABB-ninkibertəhlükəsizliyə qarşı həyata keçirdiyi ardıcıl və effektivtədbirlər də nəzərə alınıb.

1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsindəixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Jurnalın“Award of Excellence” mükafatı maliyyə qurumları üçün ən nüfuzlubeynəlxalq mükafatlardan sayılır. Jurnal hər il dünyanın 100-dənartıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhliledir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalqmüxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həminbanklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəliqiymətləndirmə nəticəsində “Euromoney” mükafatların sahiblərinimüəyyənləşdirir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmiFacebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Seçilən
16
23
az.trend.az

10Mənbələr