EN

"Arsenal" və “Barselona”nın sabiq hücumçusu “Eyüpspor”a keçir?

Türkiyə Super Liqasında çıxış edən “Eyüpspor” təcrübəli hücumçu Pyer-Emerik Obameyanqın transferi ilə maraqlanır.

90deqiqe.Az xəbər verir ki, Super Liqa təmsilçisi Qabon millisinin üzvünü heyətinə qatmaqda israrlıdır. İstanbul təmsilçisi 36 yaşlı hücumçunu heyətinə qatmaq üçün artıq ilkin addımlar atmağa başlayıb.

Son olaraq Səudiyyə Ərəbistanının "Əl-Kadisiya” klubunda çıxış ediən təcrübəli futbolçu bu yaxınlarda Səudiyyə təmsilçisi ilə yollarını ayırıb və hazırda azad agent statusundadır.

Karyerası ərzində "Arsenal", “Monako”, “Lill”, “Marsel”, “Borussiya Dortmund”, “Barselona” və digər aparıcı klubların formasını geyinmiş Obameyanq ümumilikdə 728 oyunda iştirak edib. Bu matçlarda 370 qola imza atan forvard, 103 məhsuldar ötürmə ilə də yadda qalıb.

 

Chosen
63
3
90deqiqe.az

4Sources