Türkiyə Superliqasının yeni komandalarından olan "Kocaelispor" 30 yaşlı xorvatiyalı hücumçu Bruno Petkoviçlə anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu barədə açıqlama verib:
"Futbolçu Kocaelispor Futbol A Komandası və Gənclər Komandaları üçün sağlamlıq sponsorumuz olan Atakent Cihan Xəstəxanasında tibbi müayinədən keçmək üçün şəhərimizə gələcək. Tibbi müayinələrdən uğurla keçmək şərti ilə klubumuzla futbolçu arasında 2+1 illik müqavilə imzalanacaq."
Fərid
MİA.AZ