EN

Luis Dias “Liverpul”u tərk etmək istəyir

“Liverpul”un vingeri Luis Dias yay transfer dönəmində klubdan ayrılmaq niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, 28 yaşlı futbolçu rəhbərliyə “Bavariya”ya keçmək istədiyini bildirib və transferin mümkünlüyü üçün şərait yaradılmasını xahiş edib. Münhen təmsilçisi kolumbiyalı hücumçuyla hələ tam razılıq əldə etməsə də, potensial müqavilənin 2029-cu ilə qədər qüvvədə olacağı vurğulanır.

Hazırda alman klubu “Liverpul”la transfer şərtlərində ortaq məxrəcə gəlməyə çalışır. Əgər tərəflər razılığa gələ bilməzsə, Dias digər variantlara da baxacaq. Onunla “Barselona”nın da maraqlandığı qeyd edilir, lakin Kataloniya təmsilçisi hələlik oyunçunu qeydiyyatdan keçirmə imkanına malik deyil.

Luis Dias geridə qalan mövsümdə “Liverpul”un heyətində 50 oyuna çıxaraq 17 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçunun bazar dəyəri “Transfermarkt” tərəfindən 70 milyon avro olaraq qiymətləndirilir.

Chosen
78
40
90deqiqe.az

10Sources