EN

Azərbaycan Universiadada ilk qızıl medalını QAZANDI

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan yığması ilk medalını qazanıb.

Bizim.Media xəbər verir ki, gimnastika üzrə qrup hərəkətləri komandası çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb

Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Kamilla Əliyevadan ibarət komandamız 3 top və 2 halqa ilə çıxışda 26.350 bal toplayıb.

Nəticədə çoxnövçülükdə 50,500 bal toplayan təmsilçilərimiz qızıla sahib çıxıblar.

Ukrayna 44,450 xalla gümüş, Yaponiya 41,550 balla isə bürünc medala yiyələnib.

Qeyd edək ki, qrup hərəkətləri komandamız sabah 5 lent və 3 top, 2 halqa ilə hərəkətlərdə finalda yarışacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
23
36
bizim.media

10Sources