EN

Ağdamdakı tütün məmulatları istehsalı müəssisəsinin investisiya dəyəri açıqlandı (FOTO)

Ağdam. Trend:

Ağdamda fəaliyyətə başlayan tütün məmulatlarının istehsalımüəssisəsinin investisiya dəyəri 58 milyon manatdan çoxdur.

Trendxəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyininmətbuat katibi Elçin KazımovAğdam Sənaye Parkında açılışı olantütün məmulatlarının istehsalı müəssisəsinə mediatur zamanıjurnalistlərə açıqlamasında deyib.

"Məlumat üçün bildirim ki, ötən gün dövlət başçısının Qarabağiqtisadi rayonuna tarixi səfəri çərçivəsində əlamətdar hadisələrinreallaşmasına şahidlik etdik. Belə ki, Ağdam Sənaye Parkında tütünməmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başladı, bununla daölkəmizdə mövcud sənaye zonalarında fəaliyyət göstərənmüəssisələrin sayı 99-a çatdı.

Yeni müəssisənin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neftsektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasınıgenişləndirəcək, iqtisadiyyatın diversifikasiyasınısürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfəverəcək, ən əsası isə Qarabağımızın dirçəldilməsinə köməklikgöstərəcək",- deyə o əlavə edib.

Fəaliyyətə başlayan tütün məmulatlarının istehsalı müəssisəsinininvestisiya dəyəri 58 milyon manatdan çoxdur, hazırda fabrikdə 400nəfərə yaxın şəxs daimi işlə təmin edilib. Müəssisədə 20-dən çoxbrend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur.Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarınıntətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur.

Elçin Kazımovvurğulayıb ki, müəssisənin illik istehsal gücü 20milyard ədəd siqaret təşkil edir:

"İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə,Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir.

Bundan başqa qeyd edim ki, Ağdam Sənaye Parkı işğaldan azadedilmiş ərazilərin bərpası, sənaye potensialının inkişafetdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixlifərmanı ilə yaradılıb. Sənaye Parkında sahibkarlıq fəaliyyətinininkişaf etdirilməsi üçün əlverişli biznes mühiti formalaşdırılıb.Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayınagörə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt KimyaSənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumiinvestisiyalarının həcmi 270 milyon manatdan çox olan 30sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isəqeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindənSənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb,650-dən artıq daimi iş yeri yaradılıb. Tütün məmulatlarınınistehsalı müəssisəsinin də fəaliyyətə başlaması ilə əlavə olaraq400 nəfərə yaxın yeni iş yeri yaradılıb. İşlə təmin edilənlərinçoxu Ağdam və ətraf rayonların sakinləridir. Hazırda Ağdam SənayeParkında 10 müəssisə fəaliyyət göstərir, 7 müəssisənin tikintisidavam edir, 16 müəssisənin isə layihələndirilməsi işləri görülür.Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıqsahibkarların istifadəsinə verilib".

"Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 471 milyonmanatdan çox məhsul satışı edilib ki, bunun da 17,7 milyon manatlıqhissəsi ixrac olunub. İstehsal edilən məhsullar daxili bazarasatılmaqla yanaşı, “Made İn Azerbaijan” brendi adı ilə Gürcüstan,Birləşmiş Ərəb Əmirliklərinə, Özbəkistan, Qazaxıstan və s. ölkələrəixrac edilir. Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlardövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər:Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən, 10 ilmüddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsalməqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalızamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. SənayeParkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyul tarixinəqədər 150 təsdiqedici sənəd verilib. Bu sənədlər əsasındasahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə8,5 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Qeyd edim ki, hazırda ölkəmizdə 13 sənaye zonası mövcuddur, busənaye zonalarında investisiya potfeli 8 milyard manatdan çox olan159 sahibkarlıq subyektinə rezidentlik, 13 sahibkara isəqeyri-rezidentlik statusu verilib", - deyə o fikirlərinitamamlayıb.

Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Məqalədə:
Chosen
26
7
az.trend.az

10Sources