EN

Va-bank oynayan Tramp: Tariflər tarixində görünməmiş addım

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp yanvarın 2025-də Ağ Evə qayıdandanbəri dünya iqtisadiyyatında ən sərt tarif hücumuna start verib.Onun yeni dalğa proteksionizmi artıq qlobal ticarət balansınıdəyişib və Vaşinqtondan Pekinə qədər iqtisadi və ekspertdairələrində mübahisələrə səbəb olub. Amma bu aqressiv addımlarınarxasında bir paradoks da gizlənir: Tramp həm sərt proteksionistkimi çıxış edir, həm də zəruri hallarda gözlənilmədən geri çəkilənsiyasətçi obrazında görünür.

Tramp hələ 1980-ci illərdən bəri ABŞ-nin “ədalətsiz ticarətsazişləri” üzündən trilyonlarla dollar itirdiyini deyirdi. Amma buritorika real dövlət siyasətinə məhz indi - onun ikinciprezidentlik dönəmində çevrilib. 2025-ci ilin aprelində Tramp 180ölkədən idxala qarşı tariflər tətbiq etdi. Avropa İttifaqındantutmuş Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrinədək bütündünya iqtisadiyyatı bu qərarın təsirinə məruz qaldı. Bir gündəS&P 500 indeksinin 4.3% düşməsi, ABŞ-nin 10 illik dövlətistiqrazlarının gəlirliyinin aşağı düşməsi və qızılın bir unsiyaüçün 2460 dollara qalxması (2023-dən bəri maksimum) bu qərarınmiqyasını göstərdi.

Amma cəmi bir neçə gün sonra tariflərin böyük hissəsi 3 aytəxirə salındı. Bu isə Wall Street-də və digər maliyyə dairələrindəyeni tənqid dalğası doğurdu. Elə o vaxt “TACO” nəzəriyyəsi - “TrumpAlways Chickens Out” (“Tramp həmişə geri çəkilir”) anlayışı meydanagəldi. Bir çox maliyyəçilər açıq şəkildə bildirdilər ki, Tramptarifləri danışıqlarda təzyiq aləti kimi istifadə edir, ammabazarda ilk panika əlamətləri görünəndə geri addım atır.

Tramp bu iddialara sərt reaksiya verdi: “Bu geri çəkilmə deyil,bu taktika və danışıqlar metodudur”, - deyə Fox Business-əaçıqlamasında bildirdi. Amma faktlar ABŞ-nin xarici-iqtisadikursunda daha dərin struktur dəyişikliyindən xəbər verir.

Yel Universitetinin Büdcə Laboratoriyasının hesablamalarınagörə, 2025-ci ilin iyununda ABŞ-də orta tarif dərəcəsi 15.8%-əçatıb. Bu, 1936-cı ildən - məşhur Smoot-Hawley qanununun qüvvədəolduğu dövrdən bəri ən yüksək göstəricidir. Əgər 1 avqustdanetibarən bütün elan olunmuş tariflər qüvvəyə minsə, bu rəqəm20.6%-ə yüksələcək və son 115 ilin rekordunu qıracaq. Müqayisəüçün: ABŞ-Çin ticarət müharibəsinin qızğın vaxtı - 2018-2020-ciillərdə bu rəqəm cəmi 2.5%-i keçmirdi.

Ən ağır zərbə isə Çinə dəyib. 2025-ci ilin iyuluna olan məlumatagörə, ABŞ Çindən idxal olunan məhsullara 145%-ə qədər tarif tətbiqedib. Bu, elektronika, günəş panelləri, batareyalar və polad kimisektorları əhatə edir. Nəticə özünü çox gözlətməyib: Çin ABŞ-aixracatını 2024-cü ilin mayı ilə müqayisədə 31% azaldıb. Pekin isəcavab olaraq Amerika soya məhsullarına və yarımkeçiricilərinə qarşı120%-lik tariflər tətbiq etsə də, həcmin kiçik olması Çiniqtisadiyyatının ABŞ bazarına nə qədər bağlı olduğunu göstərir.

2025-ci ilin ikinci rübündə ABŞ federal büdcəsinin idxaltariflərindən əldə etdiyi gəlir 64 milyard dollar təşkil edib. Bu,ötən ilin eyni dövrü ilə müqayisədə 276% artım deməkdir. Brookingsİnstitutunun proqnozuna əsasən, ilin sonunadək bu gəlir 240 milyarddolları keçə bilər. The Wall Street Journal-ın iqtisadiicmalçısı Qreq İp yazır: “Bu vəsait orta təbəqəyə vergigüzəştlərini tam əvəzləmir, amma infrastruktur, müdafiə xərcləri vəkənd təsərrüfatına kompensasiyalar üçün nəhəng rezerv yaradır”.

Aydın məsələdir: Tramp öz strategiyasını ani güzəştlərə deyil,ABŞ-nin xeyrinə dünya ticarət sistemini başdan aşağı dəyişməyəkökləyib. Onun taktikasında əsas məqsəd - beynəlxalq ticarətinköklərini sarsıdaraq, yeni qaydalarla oynamağa məcbur etməkdir. Buyanaşmanın davamlı olub-olmayacağı isə birbaşa olaraq qlobalbazarların bu yeni reallığa - dünyanın aparıcı ticarət tərəfdaşınıneyni zamanda onun əsas tarif təcavüzkarına çevrildiyi reallığa nəqədər dözə biləcəyindən asılıdır.

Donald Trampın ikinci prezidentlik müddəti sürətlə bütün dünyanıəhatə edən iqtisadi eksperimentə çevrilir. ABŞ bir-birinin ardıncaproteksionist tədbirləri reallaşdırır, amma bu savaşı faktikiolaraq təkbaşına aparır. Ağ Evin “90 günə 90 razılaşma” şüarı iləbaşladığı diplomatik kampaniyanın reallıqda necə nəticələndiyi isəhamıya məlumdur: ötən üç ayda Vaşinqton cəmi bir neçə yeni sazişimzalaya bilib və onların heç biri sistem xarakteri daşımır.

Financial Times yazır ki, Trampın tarif həmləsinəbeynəlxalq reaksiyalar “ürəksiz” və “dişsiz” olub. ABŞ-nin sərttariflərinə əsl cavab verən yalnız iki ölkə tapılıb - Kanada vəÇin. Pekin sərt ritorikaya baxmayaraq, artıq may ayında Vaşinqtonlaqismən razılığa gəlib. Bunun arxasında isə çox sadə hesab dayanır:Çin ABŞ istehlak bazarından asılı olduğunu dərk edir və bu səbəbdənqarşıdurmanı tam miqyaslı savaşa çevirmək istəmir.

Kanada da eyni məntiqi izləyir. Bəli, Ottava alüminium, ağacməhsulları və avtomobillərə qarşı cavab tarifləri tətbiq etdi, ammaparalel olaraq Tramp administrasiyası ilə dialoqu davam etdirir.Yəni, münaqişəni daha da alovlandırmaqdan çəkinir.

Amerikalı aparıcı iqtisadçılar isə bu ehtiyatlı davranışızəiflik kimi yox, rasional düşüncə ilə izah edirlər. Nyu-YorkUniversitetinin beynəlxalq iqtisadiyyat üzrə professoru MartaBenqoanın Financial Times-a açıqlaması bu mövqeyi aydınşəkildə ifadə edir: “Müasir dünya ticarəti bir mərkəzdən dönəntəkəri xatırladır: ABŞ - bu təkərin mərkəzindəki düyündür, digərölkələr isə onun telləridir. Əgər siz bu mərkəzi zədələsəniz,özünüz də param-parça ola bilərsiniz”. Məhz bu məqam Trampınticarət müharibəsinin ən böyük paradoksudur: əksər dövlətləranlayır ki, siyasi baxımdan haqlı olsalar belə, iqtisadi cavabtədbirləri onların özlərinə zərbə olacaq.

Bu arada Ağ Ev vəziyyətin tam nəzarət altında olduğunu iddiaedir. “90 razılaşmadan” cəmi beşi reallaşsa da, Trampadministrasiyası bunu uğursuzluq yox, təzyiq aləti kimi təqdimedir. The Wall Street Journal-ın iqtisadi icmalçısı Qreqİp yazır: “O, razılaşmalara can atmır, çünki tariflərin özü artıqqazandığı üstünlükdür. Tramp əmindir ki, dünya ABŞ-yə onun dünyayaehtiyac duyduğundan daha çox möhtacdır. Bu səbəbdən, heç nə təklifetmədən şərtləri özü diktə edə bilər”.

Beləliklə, Trampın iqtisadi müharibəsi təkcə tariflərinartırılması deyil - bu, ABŞ-nin qlobal ticarətdə vahid mərkəz kimidavranmaq iddiasının açıq təzahürüdür. Və əgər bu ssenari uğurladavam edərsə, yaxın illərdə qlobal iqtisadi oyun qaydalarınınkökündən dəyişdiyinin şahidi olacağıq.

Qlobal oyunçular hələ ki ehtiyatla müqavimət göstərməyə çalışsada, Trampın yeni tarif siyasətinin real nəticələri artıq ABŞ-ninözündə də hiss olunmağa başlayıb. ABŞ İqtisadi Təhlil Bürosununrəsmi məlumatına görə, 2025-ci ilin iyun ayında inflyasiya aylıq0,3%, illik isə 2,7% təşkil edib. Bu rəqəm Federal EhtiyatSisteminin proqnoz aralığından bir qədər yuxarıdır. Ağ Ev buvəziyyəti “qələbə” kimi təqdim edir. Prezident administrasiyasınınmətbuat katibi Kerolin Livitt bildirib: “Yenə panika yayanlaryanıldılar. Qiymətlər artmır”.

Amma vəziyyət əslində göründüyündən qat-qat mürəkkəbdir. Ümumiistehlak qiymətləri indeksində hələ kəskin sıçrayış qeydə alınmasada, idxaldan ciddi şəkildə asılı olan məhsul kateqoriyalarındaqiymət artımları artıq statistikaya düşüb. ABŞ Əmək StatistikasıBürosunun məlumatına görə, iyun ayında oyuncaqlar və kompüterlər1,4%, məişət texnikası 1,9%, qəhvə 2,2%, yataq dəstləri isə tam5,5% bahalaşıb. Xüsusilə də videoelektronika seqmentində qiymətartımı nəzərəçarpacaqdır - cəmi bir ayda 4,5% yüksəliş.

Ekspertlər hesab edir ki, bu, hələ başlanğıcdır. CNN-ə danışanABŞ Hərbi Dəniz Qüvvələrinin Kredit İttifaqının baş iqtisadçısıXizer Lonq xəbərdarlıq edir: “Biz hələ yalnız bəzi tariflərintəsirini görürük. Avqustun 1-dən bütün tariflər qüvvəyə minəndə,qiymət artımı daha da sürətlənəcək. Bu oyunun ilk hissəsidir -davamı daha ağır olacaq”.

İndiki mərhələdə tariflərin təsirinin genişmiqyaslı böhranaçevrilməməsinin bir neçə səbəbi var. Birincisi, bir çox idxalçılarəvvəlcədən ehtiyat yaratmışdılar. İkincisi, bəzi şirkətlər bazardapaylarını itirməmək üçün xərclərin bir hissəsini öz üzərlərinəgötürür. Üçüncüsü, statistikada müəyyən gecikmələr olur. Amma bütünbu amillər müvəqqətidir - tariflərin real fəsadları yaxın aylardaözünü daha açıq şəkildə göstərəcək.

Yel Universitetinin Büdcə Laboratoriyasının hesablamalarınagörə, yalnız artıq elan edilmiş tariflər nəticəsində 2025-ci ilinsonunadək ABŞ-də istehlak qiymətlərinin əlavə 2,1% artmasıgözlənilir. Bu isə orta statistik amerikalı ailə üçün illik 2800dollar alıcılıq qabiliyyəti itkisi deməkdir. Və bu təsir cəmiyyətəbərabər şəkildə paylanmayacaq - ən çox zərbə azgəlirli ailələrədəyəcək, çünki onların büdcəsində idxal mallarına çəkilən xərclərinpayı daha yüksəkdir.

Bütün bu mənzərəyə baxmayaraq, Trampın elektoratı arasındadəstəyi hələ də yüksəkdir. Onun sərt proteksionist ritorikasıAmerika cəmiyyətinin “orta təbəqəsində” rezonans doğurur -qloballaşmadan yorulmuş, daha sərt və konkret addımlar tələb edənbölgələrdə Trampın mesajları dəqiq ünvanına çatır. The WallStreet Journal-ın iqtisadi şərhçisi Qreq İp bu vəziyyəti beləümumiləşdirir: “Tramp öz ticarət müharibəsini qazana bilər. Ammasual budur: ABŞ bu qələbədən nə qədər qalib çıxa biləcək?”

Bir məsələ artıq dəqiqdir: hazırkı Amerikanın ticarət siyasətinə blef, nə də sırf ritorikadır. Bu - qloballaşmadan açıq şəkildəimtina edib, iqtisadi millətçiliyə yönələn sistemli, bahalı vəsiyasi baxımdan riskli dönüş nöqtəsidir. Əgər bir vaxtlar tariflərsadəcə danışıqlarda alver predmeti idisə, bu gün onlar qlobalsistemin yenidən qurulmasının alətinə çevrilib. Bu dəyişikliklərinhesabını isə təkcə ABŞ-nin rəqibləri yox, onun müttəfiqləri vəbirbaşa amerikalılar da ödəməli olacaqlar.

Baku Network

Məqalədə:
Chosen
264
18
az.trend.az

10Sources