EN

"Cincilim" romanı çapdan çıxıb

Yazıçı Bəhruz Romançının yeni romanı çap olunub...

Poliqon xəbər verir ki, "Cincilim" adlanan roman "Qanun" nəşriyyatında çıxıb.

Romanda  90-cı illərin çətin dövrlərindən, Ərəllə Cincilimin saf məhəbbətindən, qovuşmaq üçün dəf etdikləri maneələrdən bəhs edilir. Əsərdə iki gəncin sevgisi ilə yanaşı dövrün zəngin palitrası da təqdim olunub.

Rəvan, axıcı dillə yazılmış roman geniş oxucu kütləsinin marağına səbəb olacaq.
Qeyd edək, "Cincilim" müəllifin sayca ikinci kitabıdır, onun ötən il "Günəşin kölgəsində" adlı debüt romanı nəşr olunub.

Poliqon.info

Chosen
37
15
poliqon.info

10Sources