EN

Füzulidə yabanı halda bitən 3 tondan çox çətənə kolu məhv edilib

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Divanlar kəndinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 7052 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Chosen
44
23
avtosfer.az

10Sources