Trakya Universitetinin Tibb Fakültəsindən Prof. Dr. Levent Öztürk xəbərdarlıq edir: yay aylarında artan su ehtiyacını çay və qəhvə ilə qarşılamaq mümkün deyil. Bu içkilər sidikqovucu təsirə malik olduğuna görə, əksinə, bədəndə su itkisinə səbəb ola bilər.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Prof. Dr. Öztürk, iqlim dəyişikliyinə bağlı olaraq artan istiliklərin insan sağlamlığına təsirlərindən danışaraq qeyd edir ki, sıx istilər zamanı bədənin maye balansı qorunmalıdır. “Sıx istilər bədən temperaturunun 40.5°C-yə qalxmasına, yəni istilik vurmasına səbəb ola bilər. Bu riskdən qorunmaq üçün günorta saatlarında çölə çıxmamaq və bol su içmək vacibdir,” – deyə bildirib.
Sadə, amma effektiv tədbirlər:
Gündə 2.5–3 litr su içmək tövsiyə olunur.
Salatlıq kimi su tərkibi yüksək olan qidalar da faydalıdır.
Şapka taxmaq, su ilə bədəni püskürtməklə soyutmaq və maye qəbulunu artırmaq isti havada qoruyucu tədbirlərdir.
Yatılan mühitin temperaturu 22–24°C arasında olmalıdır – bu, həm rahat yatmaq, həm də bədəni yormamaq üçün önəmlidir.
Açıq rəngli, geniş və yüngül geyimlər seçilməlidir. Sintetik və tər saxlayan materiallardan qaçınmaq lazımdır.
Çay və qəhvə suyun yerini vermir. Xüsusilə yay aylarında bədənimiz üçün ən böyük ehtiyac saf sudur. Gün ərzində su içməyi vərdişə çevirmək yalnız susuzluğu yox, həm də istiliklə bağlı ciddi sağlamlıq problemlərini önləyə bilər.
Xeyrənsə Piriyeva