EN

Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib”

“Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşü Bakı tərəfindən konstruktiv və işgüzar əsaslarda keçirilmiş kimi qiymətləndirilir”.

Editor.az  “Report”a istinadən xəbər verir ki, bu barədə III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Danışıqların əsas xüsusiyyətlərindən biri onların hər hansı vasitəçilər və ya üçüncü tərəflərin iştirakı olmadan keçirilməsi oldu”, – deyə Hacıyev qeyd edib.

Chosen
36
14
editor.az

10Sources