“Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşü Bakı tərəfindən konstruktiv və işgüzar əsaslarda keçirilmiş kimi qiymətləndirilir”.
Editor.az “Report”a istinadən xəbər verir ki, bu barədə III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Danışıqların əsas xüsusiyyətlərindən biri onların hər hansı vasitəçilər və ya üçüncü tərəflərin iştirakı olmadan keçirilməsi oldu”, – deyə Hacıyev qeyd edib.