EN

Azərbaycanın süni intellekt sahəsində liderlik potensialı var – EANA-nın baş katibi

Şuşa. Trend:

Azərbaycanın süni intellekt sahəsində lider ölkələrdən birinəçevrilmək üçün bütün imkanları var – bu, gənc əhali və artan təhsilpotensialı ilə bağlıdır.

Bu fikirləri Trend-ə Şuşada keçirilən III Qlobal Media Forumuçərçivəsində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibiAleksandru Giboi bildirib.

“Hər bir ölkə süni intellektin tətbiqində öz reallıqları vətələblərinə uyğun yol tapmalıdır. Azərbaycanın bu sahədə realpotensialı var, xüsusilə gənc əhali və təhsil sisteminə veriləndiqqət buna şərait yaradır”, – deyə Giboi qeyd edib.

O, sistemli və uzunmüddətli yanaşmanın əhəmiyyətini vurğulayıb:“Diqqəti təhsilə və süni intellektin ölkənin rifahı naminə stratejivə bəlkə də planlı şəkildə tətbiqinə yönəltmək lazımdır. Aydındırki, süni intellektin tətbiq sahələri çox genişdir – tibb sahəsindəntutmuş təhsilə və digər istiqamətlərə qədər. Mən hesab edirəm ki,hər bir ölkə, o cümlədən Azərbaycan, bu texnologiyalardancəmiyyətin maraqları naminə səmərəli istifadə üçün öz modeliniformalaşdırmalıdır”.

Giboi həmçinin süni intellektə məsuliyyətli yanaşmanınvacibliyini xatırladıb: “Süni intellektin şüursuz istifadəsi zamanıortaya çıxan riskləri də unutmamalıyıq. Biz bu məsələləri panelsessiyası çərçivəsində müzakirə etməyi planlaşdırırıq”.

Chosen
65
34
az.trend.az

10Sources