EN

ABŞ-nin keçmiş dövlət katibi: "Ukrayna münaqişəsində dönüş nöqtəsi yaranıb"

"ABŞ Prezidenti Donald Trampın Ukraynada hərbi əməliyyatları 50 gün ərzində dayandırmaq ultimatumu münaqişədə dönüş nöqtəsidir".
 
Moderator.az "The Hill" nəşrinə istinadla xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Kondoliza Rays deyib.
 
"Fikrimcə, Ukrayna xalqına verə biləcəyimiz ən yaxşı xəbər ABŞ və Avropanın nəhayət yekdil fikrə gəlmələridir: Vladimir Putini sözlə dayandırmaq olmaz. O, yalnız davam edə bilməyəcəyini anlayanda dayana bilər", - deyə Rays vurğulayıb.
 
Xatırladaq ki, Tramp iyulun 14-də hərbi əməliyyatların dayandırılması üzrə danışıqlarda irəliləyiş olmasa, 50 gündən sonra Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib.
Chosen
48
50
moderator.az

10Sources