AZ

Belçika əsas bayramını - Milli Günü qeyd edir

Bu gün Belçikada Milli Gün qeyd edilir. Bu, 1831-ci ildə Belçika İnqilabı kimi tanınan cənub Belçika katoliklərinin Niderland protestant hökmdarlarına qarşı üsyanından sonra ölkənin ilk müstəqil kralı I Leopoldun taxta çıxması ilə bağlıdır.

"Report"un Avropa bürosunun xəbərinə görə, cəmiyyətdə Valloniya (frankofonlar) və Flandriya (niderlandlılar) arasında ciddi ziddiyyətlərə baxmayaraq, bu gün hamı yekdilliklə saçlarında, döş nişanlarında və ya üz boyasında bayraq şəklində üçrəngli rənglərlə bəzədilir və parada çıxır.

Bu cür bayramlar uşaqlara xüsusi sevinc bəxş edir, onları təkcə valideynləri deyil, həm də hərbi qulluqçular, yanğınsöndürənlər, polis əməkdaşları və digər xidmət və bölmələrin nümayəndələri əyləndirirlər.

Uşaqlar hərbçilərin və polis əməkdaşlarının nəzarəti altında qüllələrə qalxır və oradan kəndirlərlə enir, fövqəladə hallar xidmətləri ilə birlikdə manikenlərə ilkin tibbi yardım göstərir, pilotsuz uçuş aparatlarına nəzarət edir, ağır bədən zirehi və dəbilqələrini sınayırlar.

Küçələrdə musiqi orkestrləri, nağaraçılar isə təşəkküllə gedirlər. Hərbi parad mütləqdir və siz döyüş təyyarələrinin, ağır bombardmançıların və helikopterlərin uçuşlarını izləyə bilərsiniz. Bayram axşam saatlarında atəşfəşanlıqla başa çatır.

Brüsseldə Belçikanın Milli Günü qeyd etməsindən fotoreportajı təqdim edirik.

Seçilən
32
50
report.az

10Mənbələr