Demokrat.az pravda.az-a istinadla xəbər verir ki, bunu sabiq deputat Tahir Kərimli deyib.
O, AHİH-in onun barəsində açıqlaması barədə danışarkən əlavə edib:
"Dördüncüsü, bunlar niyə diqqəti mənim özümə yönəldirlər? Demişəm ki, vətəndaşların 90% müraciətinə AHİK-dən cavab verilmir. Başa düşürəm, onlayn qaydada olduğuna görə müraciətlər artıb.
Mənim qızım ömründə bir dəfə uzun illərdən sonra harasa göndəriş alıbsa, onun bu məsələyə nə dəxli var? Bunu niyə gözə soxurlar? Ayıb olsun onlara! Ayıb olsun ki, vətəndaşlara cavab vermirlər. Əksinə, müsahibəmdə dedim ki, ümid edirəm, AHİK-də kadr dəyişikliyi, irəliləyiş olar. Amma görünür ki, bunlar özləri qara yaxırlar, adlarını isə başqalarına qoyurlar”.
T.Kərimli bildirib ki, İttifaq onun üçün Naftalana verdiyi göndərişdən imtina edəcək:
“Hazırda ailəmlə bu barədə məsləhətləşirəm. Müvafiq qərara gəldikdən sonra məlumat verəcəyəm. Mənim kimi vəzifələrdə işləmiş adamların ailələri on illərdir, xaricdə ən bahalı sanatoriyalarda, başqa-başqa yerlərdə kef çəkirlər. Biz isə - nə özüm, nə də həyat yoldaşım post-sovet məkanı istisna olmaqla, heç vaxt xaricdə dincəlməmişik.
10Sources
-
azadmedia.azTahir Kərimli AHİK-in göndərişindən imtina etmək qərarına gəldi » AzadMedia.az ( 19468517)
-
xezernews.azSabiq deputat Sahib Məmmədovu sərt tənqid etdi: Ayıb olsun onlara... ( 19457498)
-
nocomment.azTahir Kərimli: “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” ( 19445312)
-
demokrat.azTahir Kərimli: “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” ( 19444100)
-
referans.azTahir Kərimli - “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun” ( 19443509)
-
azadmedia.azTahir Kərimli AHİK-in göndərişindən imtina etmək qərarına gəldi » AzadMedia.az ( 19443026)
-
turkustan.azTahir Kərimli: “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” ( 19442699)
-
buta.tv“Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” - Tahir Kərimli ( 19442651)
-
yenisabah.azTahir Kərimli: “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” ( 19442129)
-
tribunainfo.azTahir Kərimli AHİK-in göndərişindən imtina etmək qərarına gəldi ( 19441817)