EN

Ermənistan Rusiya-Ukrayna müharibəsində iştirakdan imtina edən hərbçini Rusiyaya təhvil verməyib

Ermənistan polisi Rusiya-Ukrayna müharibəsində iştirak etməyə etiraz edərək ölkəsini tərk edən keçmiş rusiyalı hərbçi Semyon Subbotini Rusiyaya təhvil verməkdən imtina edib.

Bu barədə Far.Az "Novaya qazeta"ya istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, bu barədə hüquq müdafiəçiləri məlumat verib, lakin adlar açıqlanmayıb.

Məlumata görə, 25 yaşlı Subbotin əvvəllər Rusiya Silahlı Qüvvələrinin İvanovo vilayətində yerləşən strateji təyinatlı raket qoşunlarında radiotelefonçu-atıcı kimi xidmət edib. O, 2024-cü ilin sentyabrında "Meşə ilə gedin" (rus. "Идите в лес") adlı müxalif təşəbbüs qrupunun köməyi ilə Rusiyanı tərk edib.

Ermənistana daxil olduqdan sonra Subbotin ölkədə qeyri-qanuni hesab olunub, çünki Rusiyada ona qarşı hərbi hissəni özbaşına tərk etmə (Rusiya Cinayət Məcəlləsinin 337-ci maddəsi) ilə cinayət işi açılıb və beynəlxalq axtarışa verilib.

Hüquq müdafiəçiləri bildirirlər ki, Subbotin Ermənistanda ona təzyiq göstərmək və ölkədən çıxarmaq istəyən şəxslərin hərəkətləri barədə məlumat əldə etdikdən sonra leqal status almaq üçün Ermənistan polisinə müraciət edib. Ermənistan tərəfi bu barədə rəsmi şəkildə Rusiyaya məlumat verib.

Mənbənin məlumatına görə, Subbotin 72 saatlıq müddətə saxlanılıb. Bu müddətdə Rusiya hərbçilərinin onun saxlandığı təcridxanaya daxil olaraq prosessual qaydaları pozmaqla onu aparmaq istədikləri iddia edilir. Bununla bağlı hüquq müdafiəçiləri Ermənistanın hüquq-mühafizə orqanlarına – polisə və prokurorluğa müraciət ediblər.

Saxlanma müddəti başa çatdıqdan sonra Semyon Subbotin azadlığa buraxılıb.

Chosen
74
13
far.az

10Sources