Vətəninfo.az xəbər verir ki, Ermənistan Ukraynada müharibə başlayandan sonra qaçan fərarini Rusiyaya təhvil verməkdən imtina edib
Raket qoşunlarının keçmiş atıcısı 25 yaşlı Semyon Subbotin 2024-cü ilin sentyabrında Rusiyanı tərk edərək Ermənistanda özünü leqallaşdırmağa çalışıb.
“Novaya qazeta Avropa”nın məlumatına görə, o, 72 saat saxlanılıb. Daha sonra Rusiya təhlükəsizlik qüvvələri onu gizli şəkildə təcridxanadan çıxarmağa çalışsalar da, plan baş tutmayıb. Subbotin axtarışda olmasına və fərariliyə görə cinayət işi açılsa da, nəhayət azadlığa buraxılıb.