EN

"Haber Global": "Qarabağın mirvarisi olan Şuşa qlobal dialoq platformasına çevrilib"

Azərbaycanın Qarabağ bölgəsinin mirvarisi Şuşada keçirilən III Qlobal Media Forumunun ikinci gününə yekun vurulub.
 
Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı "Haber Global" xüsusi reportaj hazırlayıb.
 
Telekanalın xarici xəbərlər meneceri Eda Tuğrul forumun ikinci günündəki atmosfer və tədbirlə bağlı təəssüratlarını bölüşüb.
 
Onun sözlərinə görə, panel toplantılarından sonra 50 ölkədən olan 140-a yaxın iştirakçı Ağdama səfər edib. Forum iştirakçıları burada aparılan genişmiqyaslı yenidənqurma işlərinin şahidi olublar və Ağdamda fəaliyyət göstərən fabriklə tanış olublar.
 
Səfərin ən diqqətçəkən məntəqələrindən biri Hıdırlı kəndi, son dayanacaq isə Xocalı olub. Ziyarətçilərə Xocalıda aparılan bərpa prosesi və şəhərin yenidən qurulması ilə bağlı ətraflı məlumat verilib.
 
Qeyd edək ki, III Şuşa Qlobal Media Forum sabah panel müzakirələri ilə davam edəcək.
 

 

Chosen
36
moderator.az

1Sources