EN

Fidan ABŞ-ın xüsusi nümayəndəsi və suriyalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə etdi

BAKI, 20 iyul.TELEQRAF.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın bölgə üzrə xüsusi nümayəndəsi Tom Barak və suriyalı həmkarı Əsəd əl-Şeybani ilə telefonla Suriyadakı vəziyyəti müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.

Danışıqlar zamanı Suriyada baş verən hadisələr müzakirə olunub, ölkənin cənubundakı vəziyyətlə bağlı Əmmanda keçirilən danışıqlara qiymət verilib.

Bundan əvvəl Əmmanda İordaniya və Suriya xarici işlər nazirliklərinin rəhbərləri ilə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi arasında danışıqlar aparıldığı bildirilib.

Chosen
27
37
teleqraf.com

10Sources