Türkiyə xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Qəzzanı və Suriyadakı son gedişatı müzakirə ediblər.
Bundan əlavə, İstanbulda baş tutacaq nüvə danışıqları barədə fikir mübadiləsi aparılıb.