EN

Keçmiş vitse-prezident Konqresdə Baydenin səhhəti ilə bağlı ifadə verəcək

BAKI, 20 iyul. TELEQRAF

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris və Co Baydenin həyat yoldaşı Cil Bayden keçmiş dövlət başçısının əqli sağlamlığı ilə bağlı aparılan təhqiqat çərçivəsində ifadə vermək üçün Konqresə çağırılmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə konqresmen Bayron Donalds "Fox News" telekanalına bildirib.

O, Baydenin prezidentliyi dövründə avtoimzadan istifadə etdiyini və bunun üçün bütün əfv fərmanlarının qanunsuz olduğunu vurğulayıb.

Bundan əvvəl Bayden əfv fərmanlarının imzalanması üçün avtomatik cihazdan istifadə edildiyini rəsmən etiraf edib.

İyunun 5-də ABŞ prezidenti Donald Tramp sələfinin dövründə avtoqələmdən istifadə edilməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Chosen
82
21
teleqraf.com

10Sources