AZ

Baydenin sağlamlığı ilə bağlı bu iki xanım ifadə versin

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris və ölkənin keçmiş prezidentinin həyat yoldaşı Cil Bayden keçmiş dövlət başçısı Co Baydenin koqnitiv sağlamlığı ilə bağlı aparılan təhqiqat çərçivəsində ifadə vermək üçün Konqresə çağırılmalıdırlar.

Publika.az xəbər verir ki, bunu "Fox News" telekanalında konqresmen Bayron Donald deyib.

O, Baydenin prezidentliyi dövründə avtoimzadan istifadə edərək verilən bütün əfv sərəncamlarının qanunsuz olduğunu vurğulayıb.

Bundan əvvəl Bayden əfv sərəncamlarını imzalamaq üçün avtomatlaşdırılmış cihazdan istifadə etdiyini rəsmən etiraf edib. ABŞ-ın keçmiş prezidenti hər bir belə qərarın yalnız onun tərəfindən verildiyini vurğulayıb.

phrase_var_article.chosen
75
21
publika.az

10phrase_var_article.sources